Müğənni Nadir Qafarzadə "Hər şey daxil verilişində qonaq olub.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, Nadir Qafarzadə verilişin aparıcısı Sevincin "Həyat yoldaşınız sizdən inciyib? sualına cavab verib:
"Əslində, həyat yoldaşım məndən inciməyib, bu, söz-söhbət idi. Kiçik oğlum Moskvada universitetə daxil olub. Həyat yoldaşım 10 günlük oğlumun yanına getmişdi. Mən də evdə tək qalmışdım. Xatirələrə dalaraq duyğusal olmuşdum. Hisslərimi instaqramda dostlarımla paylaşdım. Yazdım ki, "Məni yalnız qoyub getdin, bəs, demirsən ki, ölərəm. Onu da səhv anlamışdılar. Bizi yalnız Allah ayıra bilər. O da olmayacaq, inşallah.