"Müğənnilərin illər əvvəl oxuduqları mahnıları gənclərin səsləndirməsinə qadağa qoyması yanlışdır. Bunu müğənnilərin cılızlığı hesab edirəm.
Unikal.org bilidirir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.
Müğənni bildirib ki, mahnılarını başqalarının oxumasına pis baxmır:
"Əgər bir mahnını yeni oxumuşamsa, onu başqasının səsləndirməsini istəmərəm. Pul töküb, əziyyət çəkib oxudum, niyə dərhal başqası səsləndirməlidir ki? Amma illər əvvəl səslənən bir bəstəyə yenidən həyat vermək, gələcək nəslin yaşatması sevindiricdir. İndi gənclər mənim mahnılarımı çox oxuyur. İcazə alanda sevinirəm. Amma bir müğənni var, icazəsiz oxuyub, heç yanımdan keçəndə də demir ki, bu, sənin mahnındır".
M.İsgəndərli 30 kiloqram arıqlasa da, yenidən 15 kiloqram kökəldiyini bildirib:
"Təzədən pəhrizə başlamışam. On ildir bir dietoloqla işləyirəm. Artıq bilirəm ki, mənə nə olar, nə yox. Mən stressdən kökəlirəm. Pis olub, əsəbiləşəndə başlayıram yenidən yeməyə".