1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.
Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.
Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:
-¢ Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar),
-¢ Muxtar ("Təhminə və Zaur", Anar),
-¢ Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
-¢ Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev),
-¢ Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev),
-¢ Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
-¢ Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev),
-¢ Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
-¢ Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun),
-¢ Ross ("Maqbet", Uilyam Şekspir),
-¢ Aydın ("Aydın", Cəfər Cabbarlı),
-¢ Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı),
-¢ Ərtoğrul ("Afət", Hüseyn Cavid),
-¢ Elxan ("İblis", Hüseyn Cavid),
-¢ Şair ("Fəryad" Bəxtiyar Vahabzadə),
-¢ Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə),
-¢ Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
-¢ Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər-¦", R. Novruz),
-¢ İppolit ("Fedra", J.Rasin),
-¢ Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov),
-¢ Bəbir bəy ("Dirilən adam", Mir Cəlal),
-¢ Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı),
-¢ Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət),
-¢ Vətən ("Xəcalət", Hüseynbala Mirələmov),
-¢ Tağıyev ("Mesenat", Əli Əmirli),
-¢ Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov).
Aktyor Azərbaycan Dövlət Televiziyasında:
-¢ Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul),
-¢ C.Cabbarlının "Solğun çiçəklər" (Bəhram),
-¢ N.Həsənzadənin "Kimin sualı var?" (İlham),
-¢ B.Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim)
teletamaşalarında iştirak edib.
"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.
Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb. Prezident təqaüdçüsüdür. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.