Bir qədər əvvəl Prezident İlham Əliyev xalq artisti Nurəddin Əzulla oğlu Quliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
(Nurəddin Mehdixanlı)
Nurəddin Mehdixanlı Unikal.org-a öz təsüratını bölüşüb.
"Mən bundan indicə xəbər tutdum və bu sərəncamı gözləyirdim. Amma bu olmayada bilərdi. Hər halda prezidentin belə bir sərəncamı olması o deməkdir ki, biz boşuna yaşamadıq. Çəkdiyim əziyətə qiymət verildi. Çalışdığım kollektivin, öz və ailəm adından dövlət başçısına minnətdarlığımı bildirirəm. Doğurdan bu böyük qiymətdir".
Nurəddin Mehdixanlı bəzi xalq artistləri kimi Prezidentinin fərdi təqaüdündən sonra fəaliyyətini dayandırmayacağını bildirib.
"Xalq olmadan sənətçi, xalqına dəyər verməyəndən də sənətçi olmur. Əsas işim bundan sonra başlayır. Bundan sonrada çalışacam ki, mənə verilən dəyərin əvəzin verim. 60 yaşdan sonra daha ciddi işlərlə məşğul olmaq lazımdır. Bizi yaşadan xalqdır".