Qubada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. 

Xınalıq kənd sakini, 48 yaşlı Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı "Niva markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda kənd sakinləri Məmmədqasım Bağırovun meyitinin dərədən çıxarmağa çalışırlar. Hadisə ilə əlaqədar müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin məlumata görə sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.