Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, şəhər ərazisində yaşayan Əzizağa Ağayev qonşusunun evində təmir işləri apararkən onu elektrik cərəyanı vurub.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.