Dövlət Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov işdən çıxarılıb.
Unikal.org olke.az-a əldə etdiyi məlumata görə, Rəhimov bir müddət öncə rejissor köməkçisi Vüqar Məmmədovu döydüyü üçün rəhbərlik bu qərarı verib.
Qeyd edək ki, sözügedən hadisə oktyabrın 1-də baş vermişdi.
Xatırladaq ki, V.Məmmədov əfsanəvi xalq artisti Mehdi Məmmədovun oğludur.