Bakıda tikintidə faciəli hadisə baş verib.
Unikal.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində tikilməkdə olan hotel binasında qeydə alınıb.
Orada işləyən, 33 yaşlı Elçin Məmmədov binadan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.