Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə
təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adı ilə
açılan mağaza bir günə boşalıb.
Unikal.org baku.ws-ə istinadən məlumatına görə, mağaza tam təmənnasız olaraq
imkansızlar üçün nəzərdə tutulub və ehtiyacı olan şəxslər bir gün
ərzində mağazadakı geyimləri götürüblər. Mağazadan geyim götürən
ehtiyaclı insanların sayı həddin artıq olsa da, geyim qoyanların sayı
əhəmiyyətli dərəcədə azdır.
Mağazaya geyim təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki,
paltarlar yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və
uşaq geyimlərinə üstünlük verilir.
Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlamaq mümkündür.