ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq.

Unikal.org xəbər verir ki, bu barədə apa-yaaçıqlama verən həmsədrDağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin qurbanlarını yad etmək istədiyini bildirib: "Biz ümid edirik ki, münaqişənin hazırda da artmaqda davam edən qurbanları, xüsusən də, onlar arasında günahsız insanların olması, prezidentlərin diqqətini münaqişənin sülh yolu ilə həllinin zərurətinə yönəltməyə kömək edəcək. ATƏT-in Minsk qrupunun həmsədri kimi, mən sülhə nail olmaq üçün öz fransalı və rusiyalı həmkarımla və tərəflərlə işləməyə hazıram. Artıq sülh vaxtıdır".