Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, son vaxtlar tələbə özünə qapanmışdır, son bir ayda dərslərdə iştirak etməmiş, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırmışlar.
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.