Bakıda ahıl qadın zəhərlənərək ölüb.

Unikal.org xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. 

Rayon sakini 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova sirkə turşusu içib. O, təcili xəstəxanaya çatdırılıb. 

Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin intihar olub-olmamağı araşdırılır.