Rusiyada itlər üçün "Facebooka bənzəyən "DrujOK adlı sosial şəbəkə qurulacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni sosial şəbəkədə heyvan sahiblərinin itlərinə "dost axtarması nəzərdə tutulub.

Şəbəkədə itən heyvanların axtarış elanlarını vermək üçün xüsusi bölmə olacaq.

Sayt hələlik fəaliyyətə başlamasa da, artıq itlərin qeydiyyatının aparıldığı bildirilir. "DrujOKun heyvan yemi satışı bazarına da yeni dinamika gətirəcəyi gözlənilir.