Əmanətlərin Sığortalanması Fondu tərəfindən 12 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 803 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 17 milyon 977 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 849 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 104 miyon 484 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Unikal.org-a verilən məlumata görə,12 oktyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 13 milyon 839 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 685 min manatdan artıq kompensasiya ödənilib.

12 oktyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 024 min manatdan artıq kompensasiya ödənilib.

12 sentyabr 2016-cı il tarixdə QSC "Bank Standard" KB-nin qorunan əmanətçilərinə 20 milyon 452 min manat artıq kompensasiya ödənilib

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285 milyon 647 min manatdan artıq kompensasiya ödənilib.