Xalq artisti Aygün Kazımova son zamanlar aralarında gərginlik yaşanan həmkarı İlhamə Quliyevanın ölüm xəbərinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Kazımova instagram hesabında həmkarının ölümünün ona çox pis təsir etdiyini yazıb:
"İlhamə Quliyevanı həmişəlik itirdik. O, bu gün torpağa tapşırılır və haqqın dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq, onun ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt var idi bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşırdıq. Son yaşananlar kaş ki, olmayaydı. Haqsızlığa dözümüm yoxdur. Şəhid bacısının fəryadına dözə bilmədim. İlhamə Quliyeva bu gün torpağa tapşırılmadan öncə ona halallıq verirəm və inanıram ki, onun eks köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, halallığını verər, haqq-ədalət bərpa olar, Mehriban da azadlığa çıxar. Allah rəhmət etsin, bütün günahlarını bağışlasın".