"Tək gəlirim prodüserlikdən deyil. Həm aparıcı, həm aktrisa kimi çalışıram. Toy olmasa da, mənim ayda aldığım maaşım var.

Unikal.org bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında prodüser Təranə Səmədova deyib.

O, son günlər prodüserlərin sayının artmasından şikayətlənib:

"Müğənnilər o qədər nankordular ki, prodüserlərin əməyini yerdə qoyurlar. Artıq bu mənə təsir etmir, müğənnidən dostluq güdmürəm. Günü-gündən özünə prodüser deyənlərin sayı artıb. Hər zaman vicdanım təmiz olub. Ona görə də adım prodüserlər sırasında ön sıradadır. Hansısa müğənni prodüserindən ayrılanda narazıçılıq edirsə, ona gülməyim gəlir. Pisi görməsələr, yaxşının qədrini bilməzlər. Müğənni camaata prodüser kimi tanıtdığı birinin ona kələk gəldiyini görməsə, mən, Tolik, Yalçın Cabbarov kimilərinin qədrini bilməz".