Unikal.org xəbər verir ki, tanınmış aparıcı Vüsalə Əlizadə dənizi seyr edərkən, çəkdirdiyi romantik fotosunu "İnstagram səhifəsində paylaşıb və hislərini belə ifadə edib:

"Xəzər...Hanı sənin köpüklənən, mirvari dənələri kimi parıldayan ləpələrin? Hanı sənin tufanlar qoparan, qayalara çırpılan sərt dalğaların? Hanı bəzən ayrılıq, bəzən də sevgi tablosu yaradan hüznlü görkəmin? Olmaya, sən də tənhalığa çəkilmisən?...