Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının mirasını əsgərlərə bağışlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, o jurnalistlərə açıqlamasında bu barədə məlumatlı olmadığını qeyd edib:
"Mən bu söhbəti birinci dəfədir ki, Elgizdən eşitdim. Bəlkə, Elgizin şəxsi fikridir. İnsan rəhmətə gedəndə arxasınca çox söz deyirlər. O, öləndə tabutda basdırılmasını istəyirdi, ancaq biz müsəlmanıq. Bizim adət-ənənələrə görə heç kim tabutda basdırılmır. Anam müsəlman olub, mən onu tabutda basdıra bilmərəm. Bu gündən etibarən cümə axşamlarına qədər hər mərasimi Təzəpir məscidində veriləcək".
Orxan dünən jurnalistlərlə yaşanan kiçik insidentə görə də üzr istəyib:
"Dünən bir balaca insident oldu, mən hamınızdan üzr istəyirəm. İstəməzdim belə olsun, yəqin ki, məni də başa düşəcəksiz. O vəziyyətdə mənə verilən "nə hiss keçirirsiniz?" sualı məni hiddətləndirdi. Axı bu, toy deyil, konsert deyil. Yaxınını, əzizini itirən nə hissləri keçirə bilər? Acı gəlib mənim də qapımı döydü.
Daha sonra oğlu xalq artisti ilə son dəfə söhbətindən də bəhs edib:
"Srağagün axşam 11-də sonuncu dəfə danışmışdıq. Çox vaxt axşam o saatlarda və günorta saat 1-ə kimi zəngləşirik. O bilirdi ki, mən gec dururam, mən bilirdim ki, o gec oyanır. 12-dən qabaq bir-birimizə zəng vurmurduq. Dünən zəng edib danışmaq qismət olmadı. Anam həmişə mətbuata böyük önəm verib. O, necə, mən də elə. Ekspertizanın nəticəsi açıqlananda mən mütləq sizinlə əlaqə saxlayacam".(qafqazinfo)