Səhər saatlarında Bakı Biznes Universitetində auditoriyada dərs zamanı vəfat edən tanınmış alim Qüdrət Əbdülsəlimzadə bu gün dəfn ediləcək. 

Mərhumla vida mərasimi Təzəpir məscidində keçirilir.

Lent.az-ın əməkdaşı Q.Əbdülsəlimzadənin vəfat etdiyi universitetin 508-ci auditoriyasında olub. Hadisədən sonra burada dərslər keçirilməsə də, günün ikinci yarısında auditoriyada dərslər davam etdirilib.

Hadisənin başvermə şəraitinə gəlincə, Q.Əbdülsəlimzadə həmişəki kimi səhər ali məktəbə gəlib və auditoriyaya daxil olub. Dərs prosesi zamanı o, qəfil olaraq özünü pis hiss edib və bir neçə dəqiqə keçəndən sonra vəfat edib. Təcili tibbi yardım çağırılsa da, artıq gec olub.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.