Məhərrəm ayı boyunca ehtiyacı olanlar üçün könüllü qanvermə aksiyası Mərkəzi Qan Bankı və onunbölgələri əhatə edən 8 bölməsində-Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki, Şirvan və Bərdə şəhərlərində də davam edəcək.

Unikal.org xəbər verir ki, bu barədə "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevaməlumat verib.

Onun sözlərinəgörə, şənbə və bazar günləriinsanlar "Mir-Mövsüm ağa" məscidində qan verə bilərlər:"Mir-Mövsüm ağa" məscidində ilboyu qan vermək mümkündür. Məscid hər cür şəraiti olan xeyriyyə Qan Bankı tikib. Bizim əməkdaşlar ilboyu şənbə və bazar günləri orda olur və ziyarətə gələnlər arasında könüllü qan vermək istəyənlərdən qan götürür".

Qeyd edək ki, Aşura günü saat 9:00-dan 18.00-a kimi keçirilən qanvermə aksiyalarında 4141 nəfər könüllü olaraq qan verib vənəticədə 1863,3 litr qan tədarük olunub.