"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) Ukrayna və Şərqi Avropa üzrə müxbiri Möhsüm Aslanov haqqında yayılan söhbətlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, kanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova modern.az-a açıqlamasında Ukraynada naməlum şəxslərin Aslanovu oğurlamaq istəməsi ilə bağlı xəbərləri təkzib edib: "Möhsüm Aslanovun haqqında yayılanların hamısı iftiradır. Elə bir şey yoxdur. Jurnalist işinin başındadır".

Xatırladaq ki, məlumatlara görə, bir neçəşəxsjurnalisti oğurlaya bilmədiklərinə görə Ukraynada yaşayan başqa soydaşlarımızı oğurlayıblar. Sözügedən informasiyalarda məhz bu səbəbdən Möhsüm Aslanovun işindən azad edildiyi qeyd edilir.