Müalicəvi xüsusiyyətlərə malik olan zeytun yağı ürək-damar xəstəliklərində profilaktik effekti ilə tanınır. İnfarktın və kəskin beyin qan dövranının pozuntularının profilaktikasına kömək edir.

Unikal.org bildirir ki,zeytun yağının unikal xüsusiyyətləri var. O mədənin funksiyalarını yaxşılaşdırır. Zeytun yağı öd ifrazına da kömək edir, öd kisəsi olmayan və öddaşından əziyyət çəkən insanlar üçün ideal vasitədir.

Zeytun yağının tərkibində çoxlu sayda vitamin və antioksidantlar var. Cavanlaşdırıcı təsirə malikdir. Məhz bu səbəbdən yaşlı kişi və qadınların zeytun yağından istifadə etməsi tövsiyə olunur.