Unikal.org primetime.az-a istinadən xəbər verir ki, hər zaman müğənnilərə tikanlı sözlər atan tanınmış aparıcı Zaur Kamal siması olduğu "5-də 5"də etiraf edib.
Zaurun sözlərinə görə, anası ona zəng edərək: "Ay yetim, müğənnilərdən qorxmursan? Onlara niyə elə suallar verirsən. Sonra adamlarını üstünə göndərərlər..." - deyir.
Anasının sualını efir vasitəsi ilə cavablandıran Zaur etdiyi zarafatlara haqq qazandırıb:
"Mən bir-iki il deyil ki, sənətdəyəm. Artıq 20 ilə yaxındır, müğənnilərlə tanışlığım və yaxşı münasibətim var. Onlar mənim xətrimi çox istəyirlər".