Millət vəkili Çingiz Qənizadə AZAL-la bağlı tənqidi çıxış edib.

Bu biabırçılıqdır. Hətta mən xarici vətəndaş olsam bir də AZAL-la uçmaram. Türkiyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz də heç nə edə bilmərik, amma hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. 360 dollardan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi. Axı mən biznes-klass üçün əvvəlcədən bilet almışam. Necə yəni sonradan 30 dollar əlavə ödəməliyəm?