Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat İdarəsinin əməkdaşlarına dövlət qulluqçusu statusu verilir.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu məqam Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat İdarəsində qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.
Dəyişikliklər səsə qoyularaq qəbul olunub.