Xəzər Universitetinin "Dünya Məktəbi"ndə iki şagirdin hicab bağladığı üçün dərslərə buraxılmayıb.

Məsələ ilə bağlı "Dünya Məktəbi"nin tabe olduğu Xəzər Universitetin rektoru Hamlet İsaxanlı Unikal.org-a açıqlama verib:

O bildirib ki, ali məktəbimizdə müəllim, istərsədə tələbə olsun biz onların hicab bağlamasına icazə veririk: "Çünki onlar yetişmiş insanlardı, özləri qərar qəbul edə bilərlər.

Xəzər Universitetinin orta məktəbinə gəlincə rektor belə deyib:

"Orta məktəbimiz özəl olduğu üçün xüsusi geyim forması var. Hər kəs bu formanı geyinməlidir. Həmçinin, "Dünya Məktəbi" özəl olduğu üçün müstəqil qəbul keçiririk. Kimi istəsək götürür, kimi istəsək götürmürük. Qərarə əsasən hicablı uşaqlar bu məktəbdə oxumayacaq. Düşünürəm ki, məktəbin çıxardığı qərar düzgündür. Düz edirlər. Valideyinlər nahaq uşaqları məcburi hicaba keçirir. Sözü gedən məktəblilər bizim tərtib etdiyimiz formanı geyinəcək və başına hicab bağlayacaqlarsa buna icazə verilməyəcək. Məktəbin geyim forması belədir. Başı açıq qız və oğlanlar. Başıörtülü geyim forması məktəbdə nəzərdə tutulmayıb. Məktəbdə geyim formasının şəkilləridə vurulub.

Hamlet İsaxanlı deyib ki, məktəbdə jurnalistlərin gəlib çəkiliş etməsinə də icazə vermirik: "Buna ehtiyac yoxdur. Heç kim çəkiliş etməsin.

Xatırladaq ki, Xəzər Universitetinin "Dünya Məktəbi"ndə iki şagird hicab bağladığı üçün bu gündən dərslərə buraxılmayıb. Həmin şagirdlərin valideynləri Sənan Təhməzov və Valid Nadirov bildirib ki, onların övladları Ayşə Nadirova və Əsmər Ümidzadə qeyd edilən məktəbin şagirdləridir və qızların geyimləri məktəbin vahid məktəbli geyim formasını geyinirlər. Başlarına hicab bağladıqları üçün məktəbə buraxılmayıblar.