Bu gün Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, iclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qeyd edib ki, rayonda ötən 9 ay ərzində ümumi məhsul buraxılışı 4,1 faiz artaraq 281,1 milyon manat təşkil edib. Sənayedə 24,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 51,2 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 52,2 fazi artmış və ümumi həcmdə onun xüsusi çəkisi 76,2 faiz təşkil edib.

Məruzədə qeyd edilib ki, ötən dövr ərzində rayonda ümumilikdə 2058 yeni iş yeri açılıb ki, onlardan 1610-u daimi iş yerləridir.

İclası yekunlaşdıran Taleh Qaraşov payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Lənkəranda 9 ayın yekunları müzakirə edildi

Lənkəranda 9 ayın yekunları müzakirə edildi

Lənkəranda 9 ayın yekunları müzakirə edildi

Lənkəranda 9 ayın yekunları müzakirə edildi