Tanışlıq saytı olan Viktoriya Milan xəyanət edən 5 658 qadın arasında sorğu keçirib. Sorğu nəticəsində ən çox hansı sənət sahiblərinin xəyanət etdiyi ortaya çıxıb.

Unikal.org xəbər verir ki, ən çox xəyanət edən qadınların işlədiyi sektor bank və maliyə sektorudur. Daha sonraki sırada isə pilotlar, stüardessalar, həkimlər və tibb bacıları yer alıb.

Araşdırmaya qoşulan qadınların üçdə ikisi həyat yoldaşlarını yaxud da sevgililərini iş yerində aldatdığını bildirib. 85% qadın isə iş yerində sevgi münasibətini məsləhət görməyib. Buna səbəb olaraq münasibət bitdikdən sonra həmin insanı hər gün işdə görmək məcburiyyətində qalmağın yaxşı olmadığını bildiriblər.

Viktoriya Milanın qurucusu Siqurd Vedal qadınlar iş yerlərində karyera qurmaq əvəzinə, daha yaxşı vaxt keçirmək və həyatda daha zövq almaq haqda fikirləşirlər.