Lənkəran şəhərində zəncirvari qəzada 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir.
Unikal.org ARB telekanalına istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.
Nəticədə "VAZ-2106"-nın sürücüsü və avtomaşında olan 5 tələbə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lənkəran Dövlət Universitetinin tələbələri olan sərnişinlərdən Masallı rayon Dadva kənd sakini, 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəsarət alanlar - Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə isə Travmatologiya şöbəsində qeydiyyata alınıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.