Sosial şəbəkələrdə "rəqs edən milyonçu" kimi tanınan italyan iş adamı Canluka Vakki İnstaqram-dakı profilində yeni videosunu paylaşıb.

Unikal.org milli.az-a istinadən bildirir ki, profilinin daimi təqibçilərinin sayı 5,3 milyonu keçmiş C.Vakki masa arxasında əynində kostyum, boynunda qalstuk əyləşib və deyib: "Bəzən insanlar barədə səthi fikir yürüdürük. Kostyumda, qalstuklu insan görən kimi onu ciddi adam sayırıq. Amma əgər..."

Bundan sonra o, ayağa durub. Sən demə, italyan milyonçunun əynində şalvar yoxmuş. C.Vakki müğənni Sianın "Cheap Thrills" mahnısının sədaları altında rəqs etməyə başlayır.

Bu videonu bəyənənlər çox olsa da, C.Vakkinin populyarlığını qorumaq üçün "əsl təlxəklik etdiyini" yazanlar da az deyil.