Türkiyə ilə İraq hökuməti arasında yaranan gərginlik daha artıb.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, İraqın Xarici işlər naziri İbrahim əl-Cəfəri Türkiyənin ünvanına bir sıra ittihamlar səsləndirib və hədələyici ifadələr işlədib. Türkiyənin İraqın daxili işlərinə qarışmasını yolverilməz adlandırıb.

İngiltərənin paytaxtı Londonda Bərzaniyə yaxınlığı ilə seçilən Rudaş TV-yə danışan İbrahim əl -Cəfəri bütün mümkün yollardan istifadə edəcəklərini bildirib: "Diplomatik yollar tükənərsə beynəlxalq qanunlara müraciət edəcəyik. Bütün variantları nəzərdən keçirəcəyik. Ərazi bütövlüyümüz pozularkən heç kimsə bu variantları məhdudlaşdıra bilməz.

İraqın xarici siyasət idarəsinin rəhbəri "Peşmərgə nin Mosul əməliyyatında iştirakını isə belə şərh edib: ""Peşmərgə Kürdüstan bölgəsində İraqın hərbi gücüdür. Bütün iraqlılar üçün İraqın silahlı qüvvələrinin bir parçasıdır.

Xatırladaq ki, ötən ilin dekabr ayında İraq Türkiyə münasibətləri Türkiyə hərbçiləri və zirehli texnikasının İraqın Neynəva əyalətində yerləşən Başik rayonunda terrorçulara qarşı döyüşən "Peşmərgə"yə təlim vermək adı altında girən zaman kəskinləşib (pisləşib). İraq XİN və müdafiə naziri türkiyəli hərbçilərin İraqdakı mövcudluğunu hökumətlə razılaşdırılmamış və "düşməncəsinə hərəkət" adlandırıb və bu hərəkəti suverenliyin pozulması kimi xarakterizə edib.


Watch video!