Bakı sakininə qarşı dələduzluq edilib. 
Unikal.org  "Report"-a istinadən xəbər verir ki, Bakı sakini Vaqif Xanbabayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2007-cı ilin dekabr ayında Mikayıl adlı şəxs onun etibarından sui-istifadə edərək 103 min ABŞ dolları alıb, ötən müddət ərzində isə "pulunu tezliklə qaytaracağam" deyib, lakin qaytarmayıb.
V.Xanbabayev 8 ildən çox keçdikdən sonra qarşı tərəfdən şikayət etmək qərarına gəlib.
Faktla bağlı araşdırma aparılır.