Dünya miqyasında kişilər arasında qadınlaşma meyllərinə tutulanların sayı sürətlə artır. Bunu dişiləşmə adlandırmaq olar. Yəni kişilərin məhz kişiyə məxsus olan davranış modelindən uzaqlaşaraq qadınlaşması prosesi adlandırırıq. Ötən əsrin əvvəllərindəki kişilərlə müqayisədə, indiki kişilər arasında nərmənazik, kosmetikadan və masajdan çox istifadə edən, habelə onunla eyni cinsdən olanlara "mehr" salanların sayı artır. Baş verənləri mənəvi-sosial fəlakət də saymaq olar. Danışanda əzilib büzülərlər. üzlərinə makiyaj edirlər, dar geyimlərdən istifadə edirlər, saçlarını uzadırlar, tellərini gözlərinə tökürlər. Bu tendensiya xüsusilə də gənclər arasında artıb.

X. Qocanın sözlərinə görə, cəmiyyətin dişiləşməsi heç də səbəbsiz yaranmır. Bunu doğuran isə bir neçə amillər var ki, cəmiyyət belə məsələlərə diqqətlə yanaşmalıdır.: "Məktəblərdə kişilər çox vaxt müəllim olmaq istəmirlər. O uşaqlar da qadınlardan dərs aldıqlarına görə qadınlara oxşayırlar. Nəticədə isə cəmiyyət pozulur, belə insanların sayı çoxalır. Cəmiyyətdə simasızlıq, satqınlıq yaranır. Biri vəzifəyə getmək üçün digərini satır. Bunların hamısının nəticəsi nakişiliyə gətirib çıxarır. Cəmiyyətdə nə daha çox yayılırsa ona da meyllilik çox olur. Efir məkanının da təsiri var. Eləcə də belə insanlara siyasətçilər arasında da rast gəlmək olur. Müxtəlif ixtisaslı insanlar var.

M. Şükürov qeyd etdi ki, cəmiyyətdə qadının uğur imkanları kişilərinkindən (ümumən) artıq olur. Qadına iş tapmaq daha asan olur: "Qadının statusu ailədə yüksəlməyə başlayır. Belə bir lətifə artıq kifayət qədər məşhurdur: Balaca oğlan atasından soruşur:"Ata, kişi nə deməkdir?" "Oğul, kişi ailəni qoruyan, onun qayğısını çəkən birisi deməkdir"-deyə ata izah edir.
Oğul da cavabında: "Onda mən də böyüyəndə anam kimi kişi olacam"-deyə yekunlaşdırır. Qadının statusu ailədə artdıqca oğlan uşaqları da qadınlaşmaya məruz qalırlar. Uşaqlıqdan bu keyfiyyətlərdə özünün identifikasiyasını tapmağa çalışırlar. Bu məsələlər mütləq səciyyə daşımasa da, başlıca çaşqınlıq məqamlarıdır. İnsanlar adətən mənəi-psixoloji çətinliklərdən müstəqil olaraq çıxmağı bacarmırlar və nəticədə mənəvi travmalar yaranır.

Psixoloq qeyd edir ki, kimyəvi analizlər zamanı bu hissin hansı səbəblərdən irəli gəldiyi aşkar olunur. Ancaq məsələyə sosial-psixoloji faktor baxımından yanaşanda bunu anlamaq mümkündür: "Bir qız vardı, oğlan kimi davranır, geyinir, səsi də oğlan kimiydi. Mənə elə gəldi ki, onda hormonal dəyişiklik var. Ancaq o hələ ana bətnində olarkən valideynləri onun oğlan doğulmasını gözləyirmiş. Ancaq dünyaya gələndən sonra qız olduğunu görüblər.
Onun fikrincə, çox maraqlıdır ki, övladın qız doğulmasına baxmayaraq, onu yenə də oğlan kimi böyüdüb, tərbiyə ediblər: "Ana da artıq hamiləlik dövründə onu oğlan bilib, o düşüncələrə qapılıb. Bu da təsiredici amildir. Nəticədə isə o qız kişi kimidir və digər bir qızı sevir. O deyir ki, nə qədər cəhd edib, amma mən kişi sevə, qəbul edə bilməyib, onda alınmayıb. Gördüyünüz kimi, bu məqamda psixoloji, tərbiyə faktorunun rolu olub.
Psixoloqun qənaətincə, ana bətnində olsa belə, artıq körpə canlı məxluqdur və ona münasibət, doğulmazdan əvvəl oğlan kimi təsəvvürlərin yaranması, uşağın doğulmasından sonra da öz təsirini göstərir.
Qeyd edək ki, teleməkanda kişilikdən uzaq mövzular, hərəkətlər təbliğ edilir. Çox vaxt da şou-biznes nümayəndələrinin plastik əməliyyatlar olunması və bunlarla bağlı olan məsələlərə gənclərin mənəviyyatın, tərbiyəsinə mənfi təsir göstərir. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Bizim qədim kişilik məktəbimiz, xalqımızın mental xüsusiyyətləri təbliğ olunmaqla, həqiqətdə bunun nə olduğunu göstərmək, başa salmaq lazımdır. Digər tərəfdən də mənfi nümunə olan məsələləri aradan qaldırmalıyıq.