Unikal.org primetime.a-a istinadən xəbər verir ki, ötən gün paytaxtın Binə Ticarət Mərkəzində "Happy Shop" mağazasının açılışına bir çox məşhur simalar qatılıblar. Məşhurların sırasında ölkənin sayılıb-seçilən aparıcılarından biri olan Nəsib Nur da yer alıb. Məşhur aparıcı açılışa tək deyil, kiçik qızı ilə birgə qatılıb. Mağazanın içində qurulan mini səhnəyə uşaqlar da çıxıblar. Gözümüzdən yayınmayan məqamlardan biri, həmin vaxt aparıcı Kamilənin, Nəsib Nura qızını da podiuma çıxartmağı məsləhət görməsi olub. 

Nəsib etirazını bildirirək: "Bu gün podiuma çıxan, sabah müğənnilik edər" deyə yarızarafat, yarıciddi cavab verib.