İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
Unikal.org xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya
verilən məlumata görə, R. Əliyevin meyiti bu gün "Cristall hall"
yaxınlığında dənizdə aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd
edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar
2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən
çıxaraq bir daha geri qayıtmayıb.
O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.