Türkiyədə rəfiqəsinin qızıyla gəzintiyə çıxan Hənifə Öndər adlı bir xanım avtobus dayanacağında içi Azərbaycan manatı ilə dolu sarı çanta tapıb.

Unikal.org xəbər verir ki, paketin sahibsiz olduğunu diqqət edən Hənifə Öndər ilk olaraq şübhəylə buna baxıb. Əyilərək paketi açan Öndər, paket içərisində dəstələr halında pulun olduğunu görüb.

Avtobus dayanacağı ətrafında kimsəni görə bilməyən Öndər, pul dolu paketi götürərək polisə gətirib. Polis məmurları tərəfindən qarşılanan Öndər, göstərdiyi nümunə davranış səbəbiylə təbrik edilib. Paket içində təxminən 50-60 min manat manat civarında valyuta olduğu təsdiqlənib.

Hənifə Öndər başına gələnləri belə açıqlayıb: "Rəfiqəmin qızıyla gəzintiyə çıxmışdım. Edirnekapıda mikroavtobus gözləyirdik. Rəfiqəmin qızı bir paket gördü. Abla burada bir paket var, bomba ola bilər mi? Sualını verdi. Burada dayanmayaq dedi. Paketə yerdən qaldırdıqdan sonra pul olduğunu gördük. Bunun içində pul olduğunu görcək paketi alıb çantama qoydum. Pulu polisə təslim etdim. Məmur yoldaşlar protokol yazdırdılar, sayaraq miqdarını təsdiqlədilər. 50-60 min manat ətrafında bir valyuta olduğu təsdiqləndi. Ən böyük arzum bu pulun sahibinə çatmasını istəyirəm. Pulun sahibi ilə, tanış olmaq istəyirəm. İnşallah pul sahibinə çatar və o xoşbəxt olar. Restoranda çalışıram. Alnımızın təri ilə çalışaraq qazandığımız pulu yeyirik. Usta köməkçisiyəm.