Azərbaycan bir ay ərzində İrana elektrik enerjisi satmağa başlayacaq.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev AZTV-nin efirində deyib.

Onun sözlərinə görə, bir ay ərzində keçmiş İmişli-Parsabad, indiki Muğan elektrikötürücü xəttinin tikintisi başa çatdırılacaq: "Demək olar ki, Azərbaycan bir aydan sonra bu elektrikötürücü xətlə İrana elektrik enerjisi sata biləcək. Qiymət üzrə razılaşma artıq əldə edilib".

Nazir qeyd edib ki, gələcəkdə Azərbaycan, İran və Rusiya, eləcə də Gürcüstan, Azərbaycan və İran arasında elektrik enerjisi verilişini həyata keçirmək planlaşdırılır.