Qurani Kərimin Nisa surəsinin 22 və 23-cü ayəsində evlənməyə icazə verilməyən qadınlar haqqında söhbət açılır. Bildirilir ki, atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!

Qeyd olunur ki, sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır.

Kişiyə nikahı əbədi olaraq haram olan qadınlar bu çəkildə təsnif olunub:

1.Analar və nənələr. İstər nikahlı bir evlənmədən, istər zinadan meydana gəlmiş olsa belə bir kişi anası və nənəsi ilə əsla evlənə bilməz.

2.Qızlar. Bura bir kişinin öz qızı, oğlunun qızı və ya qızının qızı daxildir. Nikahlı bir evlənmədən dünyaya gələn qız atasına haram olduğu kimi, zinadan doğan qız da atasına haramdır.

3.Bacılar. İstər ana və ata bir olan, istərsə də ata və ya ana bir olan bacı olsun,qardaşı ilə evlənə bilməz.

4.Bibilər. Ana və ata bir, istərsə də ana və ya ata bir olan bibilərlə evlənmək qadağandır.

5.Xalalar. Bir kişi istər ana və ata bir, istərsə də sadəcə ana və ya ata bir olsun xala ilə əsla evlənə bilməz.

6.Qardaşın qızları. Istər ana və ata bir, istər sadəcə ana və ya sadəcə ata bir olsun, Bir kişinin qardaşı qızı ilə evlənməsi qəti haramdır. Yeri gəlmişkən bu kişi qadının əmisidir.

7.Bacı qızı. Ana və ata bir, ana və ya sadəcə ata tərəfindən olsun, bir kişinin bacısı qızı ilə evlənməsi haramdır. Çünki, bu kişi sözügedəın qadının dayısıdır.

İkinci qism qadınlar isə keçici olaraq haramdırlar. Bu qadınlar aşağıdakılardır:

1.Həyat yoldaşının bacısı

2.Həyat yoldaşının bibisi

3.Həyat yoldaşının xalası

Əbədi olaraq haram olanlar qadınlar isə bunlardır:

1.Qaynanalar. Bir kişi həyat yoldaşının anası, yaxud həyat yoldaşının anasının və ya atasının anası ilə, və ya həyat yoldaşının anası və atasının analrı ilə əsla evlənə bilməz. Həyat yoldaşı ilə gərdəyə girmiş olsun və ya olmasın, hökm eynidir. Nikahlanmış olması kafidir.

2.Gəlinlər. Oğlunun həyat yoldaşı və ya nəvəsinin həyat yoldaşı ilə evlənmək haramdır.

3.Öğey analar. Atasının və ya babasının həyat yoldaşı deməkdir. Atası və ya babası bu qadınla gərdəyə girmiş olsun və ya olmasın, bir kişi oğey anası və ögey anası ilə əsla evlenə bilməz.

4.Öğey qızlar. Həyat yoldaşının başqa kişidən olan qızları ilə bu qızın uşaqlarının və ya nəvələrinin qızları deməkdir. Bir kişinin oğey qızı ilə və ya onun soyundan gələn hər hansı bir qız ilə evlənməsinin haramlığı, həyat yoldaşı ilə gərdəyə girmiş və ya ona şəhvət hissi ilə əl toxundurmuş olmasından asılıdır. Əgər gərdəyə girmədən və ya şəhvət hissi ilə toxunmadan öncə o qadındırsa.

İlahiyyatçi Əkrəm Həsənov deyir ki, İslam dininə görə insanın dünyaya gəlməsindən ölməsinə qədər bütün proseslər açıqlanıb, insan üçün bütün həyatı boyu qarşılaşdığı məsələlər haqqında islam mənbələrinmənbələrdə məlumatlar verilib. Quran mətnləri, Peyğəmbərin mübarək sözlərindən bizə gələn hədis mətnləri, bu yolda olan alimlərin icması ilə İslam dini mürəkkəb hesab edilən elə məqamlar olmamışdır ki, ora işıq tutmasın:"Xüsusi ilə Allah təala insanın nəslini artırmasını ona tövsiyə etmiş, buna görə bəşər övladına evlənmək kimi böyük neməti bəxş etmiş, ona övlad olmağı yazmış və övladına gözəl ana seçməyi bütün müsəlman kişilərə əmr etmişdir. Bunu hamı bilməlidir ki, İslam dininə görə Allah təala kişilərə əvvəlcədən seçəcəyi qadınlara diqqət etməsini onlara əmr etmişdir.

Onun sözlərinə görə, Allah təala həyat yoldaşı seçməsi üçün kişilərə əvvəlcə əməli saleh olan həyat yoldaşı seçməyi tövsiyə etmişdir. Allahın peyğəmbəri (s.ə.s) gənclərə evlənəcəyi qadını seçəndə əsasən həmin qadının imanlı olmasını onlara tövsiyə etmişdir:"Məşhur bir hədisində peyğəmbərimiz buyurmuşdur ki, qadınla dörd cəhətinə görə evlənilər. Onun nəsil nəcabətinə görə, mal-dövlətinə görə, gözəlliyinə görə, bir də imanlı olmasına görə. Peyğəmbərimiz buyurmuşdur ki, siz imanlı qadını seçsəniz digər üç xüsusiyyəti də onda əldə edə biləcəksiniz. Çünki imanlı qadın Allah yanında həm zəngin, həm hörmətli, həm əsil-nəcabətli, həm də ağıllı sayılır. Bu səbəbdən dinimizdə mülayim, utancaq, imanlı, bakirə qızlarla evlənməyə üstünlük verilmişdir.

Ə. Həsənov onu da bildirdi ki, dəliqanlı gənclər qızların zənginliyinə görə, nəslinə görə, gözəlliyinə görə onlarla evlənmiş, əxlaqı, imanı ilə maraqlanmamış, nəticədə böyük fəsadlara, münaqişələrə, boşanmalara, övladların yetim qalmasına gəlib çıxmışdı: "Bu səbəblə də Allah təala bir çox Quran ayələrində müsəlman kişilərə xasiyyəti gözəl olan qızları almağı, tanıdığı qızlardan almağı, Allahdan çox qorxan qız almağı, yoxsul olsa da iman edən qız almağı əmr etmişdir. Elə ayələr də vardır ki, Allah təala orada buyurur ki, mömin, iman edən kişilər ancaq iman edən qadınlarla evlənə bilərlər. Çünki, heç vaxt başqa-başqa inancda olan iki cütlüyün davamlılığı az müşahidə olunmuşdur. Xüsusi ilə Allah təala kişilərə özünə oxşar xasiyətdə qadınlarla evlənməyi tövsiyə etmişdir. Əsasən evlilikdə cütlüklərin həm maddi imkanları, həm əsil-nəcabətləri, həm xasiyyətləri, həm də dini inancları eyni olarsa o zaman xoşbəxt bir həyat yaşamaq mümkün olar. Allah təala kişilərə evlənəcəyi qadınlardan qohumları da tövsiyə etmiş, hansı qohumlarla evlənməli olduğunu da Quranda açıqlamışdır. Xülasə olaraq islam dininə görə əsas məsələ dini baxışların eyniliyi, imkanların eyni olması, xasiyyətin eyniliyi, qohum və ya yad olsa da belə həyat yoldaşına tam sadiq olub itaət edəcək biri ilə evlənməyi tövsiyə etmişdir.

İlahiyyatçı sözlərinə onu da əlavə edib ki, elə ayələr var ki, orada Allah təala bildirib ki, zina edən kişilər ancaq zina edən qadınlarla evlənə bilərlər. Peyğəmbərimiz də zina edən qadınlarla evlənməyi müsəlman kişilərə qadağan edib. Ancaq burada istisnalar var:"Əgər əvvəllər zina edən qadın tövbə edib özünü düzəldibsə, ciddi ailə qurmaq istəyirsə və fikri qətidirsə onda onunla evlənməkdə islama görə qəbahət yoxdur. Çünki artıq islah olub, tövbə edib, bir daha əvvəlki günahına dönməyibsə və fikrində qətidirsə, vaxtlı vaxtında ibadətlərini də gücü çatan qədər yerinə yetirəcəksə müsəlman kişi həmin qadınla evlənə bilər.