Margherita Barbieri adlı qız 18 yaşındaykən balet müəlliminin, ona ombaların kökdür deməsindən sonra qız günlərlə yemək yeməməyə başlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Bədənin balet üçün uyğun olmadığı deyildikdən sonra xəyalları puç olduğunu görən Barbieri, dərhal bir pəhriz siyahısı hazırlayıb və içində şokolad ilə kərə yağı olan qidalardan imtina edib.
Möhkəm diyeta saxlayan qız anoreksiya xəstəliyinə tutulub. Barbieri bəzən iki günlərlə yemək yemirmiş Yediyi zamanlarda da 140 kalorilik bir kasa sıyıq yeyirdi.
Başına gələnləri izah edən Margherita bunları deyib: "Bəzi günlər o qədər gücsüz hiss edirdim ki yataqdan belə qalxabilmirdim. Zəifliyinin üzündən böyrək çatmazlığı keçirdim. Amma artıq özümü davamlı olaraq yorğun hiss etmirəm və həyatın kefini çıxararaq itirdiyim zamanı kompensasiya etməyə çalışıram".
Hazırda dietadan imtina edən qızın çəkisi 50 kiloqrama yaxınlaşıb. O bildirib ki, hazırda özünü sağlam hiss edir.
Margherita hazırda bu xəstəlikdən qurtulduğunu və bu xəstəliklə üzləşən digər gənc qadınlara köməkçi olmaq istəyir: "Hələ də baletə heyranam. Amma çox böyük bir qüvvə tələb edir. Musiqiçi və teatr yolunda getməyə qərar vermişəm. Yemək pozuqluğu qorxunc bir şey, bütün həyatınızı idarə edir. Hər kəsə tövsiyəm bədənlərini sevməyi öyrənməli, yeməklə yaxşı bir əlaqələrinin olması lazım. Məncə hamımız anoreksiya üçün bir müalicə üçün savaşmalıyız. Çox güclü və həyat təhdidi olan bir xəstəlik. Yaxşılaşmağa seçdiyim üçün çox şanslıyam. Özüm kimi anoreksiya xəstəliyinə tutulanları özünə inanmağa çağırıram".