Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılır.

Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.