Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.
Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi "Lada Priora markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq "Qanlı dərə adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.