Diş ağrısının ən dözülməz ağrılardan biri olduğunu deyə bilərik. 

Sizə zamansız başlayan diş ağrılarına məlhəm tapmağın yollarını təqdim edirik.
- Diş fırçalamaq: Dişlərinizdə çürük varsa və yediyimiz qida qırıntıları çürük dişinizə toxunubsa, ilk olaraq dişlərinizi fırçalamalısınız.
- Qarqara etmək: Sirkəli su ilə duzlu suyu qarışdırıb, qarqara edin. Diş ağrısına narkotik təsiri verərək ağrını azaldır. Dezinfeksiya təsiri olduğu üçün dişi bakteriya və mikroblardan təmizləyir, şişlik varsa azaldır və çirki təmizləyir.
- Buz tətbiqi: Buzu ağrıyan dişin olduğu bölgəyə qoyun. Müvəqqəti olaraq diş ağrısını yüngülləşdirəcək.
- Mixek və ya mixek yağı: tərkibindəki antiseptik xüsusiyyəti ilə ağrını azaldır. Mixeyi ağrıyan dişinizin üzərinə yerləşdirin. Adətən Mixek yağından diş pastası kimi istifadə edirlər. Bu dişlər üçün olduqca faydalıdır.
- Sarımsaq: Ağrıyan dişinizin üstünə qoyun. Sarımsaq bakteriyaları yox edərək, ağrını yüngülləşdirəcək.
- Sarıkök: Sarıkökü su ilə qarışdırıb (pasta) məcun halına gətirin. Daha sonra ağrıyan dişinizə tətbiq edin. Antiseptik xüsusiyyəti sayəsində ağrını aradan qaldıracaq.