Bakıda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Xəzər rayonu ərazisində Bilgəh-Zağulba yolunda "VAZ 2107 və "VAZ 21015 markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər və 1 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.