Gəncə şəhərində yanğın olub. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.