Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində qəza baş verib.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, "Niva" markalı avtomobillə "Vaz 21-07" toqquşub.

Nəticədə Qazax rayon sakinləri - 35 yaşlı Anar Şıxlınski, 32 yaşlı Pərviz Yusifov və Ağstafa rayon sakini 27 yaşlı Aqil Böyükişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərə ilkin yardım göstərilib, vəziyyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.