Dünya şöhrətli aktyor Leonardo Di Kaprio iqlim dəyişikliyi ilə bağlı BMT-nin nümayəndəsi postundan məhrum edilə bilər.
Unikal.org-un CNN-ə istinadən məlumatına görə, buna səbəb milyardlıq yeyintilərdir. Bundan əvvəl də aktyor rüşvət qalmaqalının mərkəzinə düşmüşdü.
Ondan fondu üçün yığılmış pulların nəyə xərcləndiyini göstərən hesabat tələb olunur. ABŞ-ın Ədliyyə Nazirliyi isə Malayziya Fondundan 3 milyard dollarlıq yeyinti haqda sənəd yayıb. Məhz bu sənəddə də Di Kaprionun adı hallanır.