Neftin dünya bazarlarında qiyməti artmağa davam edir.

Unikal.org anspress-ə istinadən xəbər verir ki, bu gün Nyu-York və London birjasında neftin bir barelinin qiymətində bahalaşma qeydə alınıb. Brent markalı neftin bir barrelinin qiyməti yanvar ayında ilk dəfə olaraq 37 dollara qalxıb. Fevralın 26-da Brent markalı neftin bir barrelinin qiyməti 36,80 dollar olub.

Neft qiymətinin qalxması üçün pozitiv amil keçən həftənin nəticəsinə görə ABŞ-da neft emalı məhsullarının ehtiyatlarının düşməsi haqqında məlumatlar olub.

OPEC-ə üzv dövlətlər
Ötən gün dünya birjalarında neftin qiyməti həftənin son iş gününü bahalaşma ilə başa vurur. Dünya bazarlarında "Brent" markalı neftin bir bareli 35.28 dollar təşkil edib. "WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb.  Ötən səhər 32.00 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 33.17 dollar müəyyən olunub. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,78 dollar bahalaşaraq 34,42 dollar təşkil edib.

Əlvan metalların qiymətində isə cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,79 dollar olub. Platinin 1 qramı 29.62 dollar, palladiumun 1 qramı isə 15.55 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

Dünya bazarında əlvan metalların 26.02.16 tarixinə olan qiyməti
Qeyd edək ki, neftin qiyməti Rusiya - Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır. O vaxtdan bəri dünya miqyasında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir.