Türkiyənin Hakkari şəhərində hərbi maşının keçdiyi vaxtda baş verən partlayış nəticəsində dünyasını dəyişən çavuş Ərdoğan Çamurlunun dəfnini anası təcili yardım maşınından izləyib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhidin anası xəstəxanadan dəfnə gətirilib. Ana oğlunun tabutunu təcili yardım maşının içərisində uzandığı yerdən izləyib.
Jurnalistlərin şəhidin atasına "Başınız sağ olsun. Bir şey demək istəmirsinizmi?" sualına, "Nə deməyimizi gözləyirsiniz?" deyə cavab verib.