Bu gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bir neçə bıçaq xəsarəti alan rayonun Alekseyevka kənd sakini, 1979-cu il təvəllüdlü İsrafilov Oqtay Zərifşah oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan O.İsrafilovun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.