Dünən sosial şəbəkələrdə Bakı şəhərinin bəzi ərazilərində təbii qaz verilişində çətinliklər yaşanması ilə bağlı məlumatlar yayılıb.

Unikal.org xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev "Reporta bildirib ki, sıxıntı olan ərazilərdə problemin aradan qaldırılması üçün dərhal işlər görülür.

"Havanın soyuması ilə əlaqədar hansı ərazidə qaz verilişi ilə bağlı çatışmazlıq yaşanırsa, daxil olan müraciətlər əsasında "Azəriqaz İB-nin əməkdaşları dərhal tənzimləmələr aparırlar və qaz verilişindəki sıxıntı aradan qaldırılır. Qurumun Qaynar Xətti 24 saat fəaliyyət göstərir.